Azərbaycan və İran arasında dənizçilik üzrə anlaşma imzalanacaq

Yaxın gələcəkdə İranla Azərbaycan arasında dənizçilik üzrə anlaşma imzalanacaq.

Trend-in məlumatına görə, bunu İranın "Khazar" Gəmiçilik Şirkətinin icra direktoru Davud Təfti deyib.

D.Təftinin sözlərinə görə, bu anlaşma əsasən Şərq-Qərb Dəhlizində tranzit üzrə olacaq.

Təfti əlavə edib ki, İran Azərbaycanla birlikdə Şimal-Cənub Dəhlizini aktivləşdirib. Bundan əlavə Şərq-Qərb Dəhlizində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir.

Şirkət rəsmisi bildirib ki, Azərbaycan və İran Şərq-Qərb və Şimal-Cənub Dəhlizlərində yerləşirlər və Avropadan daşınan məhsullar bu vasitə ilə Fars körfəzinə nəql olunacaq: “Avropadan Asiya istiqamətində daşınan məhsullar Azərbaycan limanları vasitəsi ilə İran limanlarına nəql olunacaq. İran limanlarından isə şərq ölkələrə, o cümlədən Əfqanıstan və Pakistana daşınacaq”.