Butan Çin və Hindistan arasında yerləşən, haqqında çox az bilinən və dünyanın ən dağlıq coğrafiyasında yerləşən bir krallıqdır. Təbiəti və məbədləri ilə diqqəti cəlb edən Butan turistləri istəməməsi ilə məşhurdur. Dağlar arasında yerləşən sirli krallıq Butan mümkün qədər az və zəngin turist qəbul etməyə üstünlük verir. Butan krallıq tərəfindən idarə olunan dağlıq və çox qədim tarixə malik olan bir ölkədir.
Bu kiçik səltənət sirlər və bilinməyənlərlə doludur. Himalay dağlarını əhatə edən ölkə çox kobud bir əraziyə malikdir. Buna görə də əhalisi çox seyrəkdir. Butan 700 min insanın yaşadığı bir ölkədir və əhalinin 54 faizi gənclərdən ibarətdir. Butanın paytaxtı Thimphudur.
Butanın ərazisi 38394 kvadrat kilometrdir. Butan, eyni zamanda dünyanın ən çox əhalisi olan iki ölkə - Hindistan və Çinin arasındadır. Ərazisi kobud olan ölkədə nəqliyyat da çox çətindir. Buna görə də ölkəyə turist kimi səfər etmək istəyənlərə yalnız qrup şəklində icazə verilir.
Üstəlik, ölkəyə daxil olan hər bir turist gündə minimum 250 dollar xərcləyə biləcək bir büdcəyə sahib olmalıdır. Yəni daha az pul xərcləməyi düşünürsünüzsə, Butan sizin üçün elə bir ölkə deyil. Butanda Ngultrum və Hindistan rupisi pul kimi istifadə olunur. Butan dağlıq ölkə olduğundan burayla əlaqə yalnız nəqliyyat yolu ilə təmin olunur. Ölkədə dəmir yolu xətti yoxdur. Butanda İngiltərədəki kimi avtomobillər yollarda sol tərəflə idarə olunur. Ölkəyə girərkən bununla bağlı xəbərdarlıq nişanları ilə rastlaşmaq mümkündür.
Aynurə Pənahqızı