title

“Amaras monastrı qədim Albaniya dövləti zamanında burada yaşayan türkdilli xalqqalar tərəfindən inşa edilib”. 

Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib

Analitik bildirib ki, hm Xudavəng, həm Amaras monastırları tarixən unikallıqlarına görə seçiliblər: 

“Təsəvvür edin, həm xristianlar, həm müsəlmanlar Amarası, Xudavəngi daima ziyarət ediblər. Postmüharibə dövründə ermənilərin mütamadi olaraq monastırları ziyarət etmələri, onların Amarasda müəyyən təmir işləri ilə məşqul olmaları Azərbaycana qarşı abidələr kartını istifadə etməyə davam etmək deməkdir. Təəssüflər olsun ki, nə Sovetlər vaxtı, nə də son illərdə tarixçilərimiz tərəfindən Alban tarixi, Azərbaycan tarixi abidələri mövzusu lazımi səviyyədə araşdırılmayıb, tarixin müxtəlif çağları ilə bağlı beynəlxalq ictimaiyyətə təsir edəcək əsərlər azlıq təşkil edir. Erməni yalan maşını əllərində heç bir fakt olmadan dünyanı aldatmaqda davam edirlər. Həqiqəti bilən xristian aləmi ermənilərə dəstək verməkdə, müsəlman aləmi isə susmağa davam etməkdədir”.

İsmayıl Qocayev