Rusiyalı spiker: "Yaxın günlərdə Putinlə Paşinyan arasında görüş gözlənilir"


Yaxın günlərdə Ermənistan və Rusiya liderləri Nikol Paşinyanla Vladimir Putin arasında daha bir əyani görüşə hazırlıq görülür.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü zamanı bildirib.

Rusiyalı spiker N.Paşinyan ilə V.Putinin indiyədək 3 dəfə əyani, 14 dəfə telefon vasitəsilə görüşdüklərini də dilə gətirib.