İspaniya "Barselona"sının prezidenti Joan Laporta komandanın baş məşqçisi Ronald Kumana vəziyyəti düzəltməsi üçün daha bir şans verib.
"Report"un "Marca"ya istinadən məlumatına görə, qarşıdakı 3 görüşün nəticəsi niderlandlı mütəxəssisin taleyinə aydınlıq gətirəcək.
Rəhbərlik Kumanı ona əvəz tapa bilmədiyi üçün qovmamağı qərara alıb. Kataloniya təmsilçisinin ağır maddi durumu da sözünü deyib.
"Barselona" qarşıdakı 3 oyununda "Valensiya" və "Real Madrid"lə La Liqada Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə Çempionlar Liqasında üz-üzə gələcək. Bu görüşlərdə müsbət nəticə əldə olunacağı təqdirdə, Kuman postunda qalacaq. Əks halda, onun "Nou Kamp"dakı gələcəyi yenidən sual altına düşəcək.
Qeyd edək ki, La Liqada 7 turdan sonra "Barselona" 12 xalla 9-cu yerdə gedir. Çempionlar Liqasında isə hər iki görüşünü uduzan Kataloniya komandası E qrupunda sonuncudur.