Türk dünyası alimləri Bakıdadır


Bu gün beynəlxalq simpoziumun ilk məruzələri Azərbaycan Ordusunun 44 günlük Zəfərinə həsr ediləcək

Oktaybrın 8-10 tarixlərində Azərbaycan Texniki Universitetində Türk Ocağı Dərnəyi və TİKA-nın birgə hazırladığı “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və Türk Dünyası” adlı beynəlxalq simpozium keçiriləcək. Tədbirə Türk Ocağı başqanı, professor Mehmet Öz, UNESCO Türkiyə Milli təşkilatının başqanı Öcal Oğuz, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, TİKA Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz, Azərbaycanın dövlət təmsilçiləri, millət vəkilləri qatılacaqlar.

 Simpoziumun təşkilati işləri Azərbaycan Türk Ocağı İctimai Birliyi tərəfindən həyata keçiriləcək. Simpoziumun ilk məruzələri Azərbaycan Ordusunun 44 günlük Zəfərinə həsr ediləcək. 

3 gün nəzərdə tutulan tədbirdə Türkiyənin Qazi Universiteti, Qırğızıstanın Manas və Türk-Kazak Ahmet Yasəvi Universitetindən 31, Azərbaycanın müxtəlif ali məktəblərinin, elmi müəssisələrin 18 alimi iştirak edəcək.

  Qeyd edək ki, simpoziumun təşkilatçıları arasında Azərbaycan Texniki, Pedaqoji universitetləri və Azərbaycan İlahiyyat İnstitutu da var. Ümumilikdə konfransda 48 elmi məruzə müzakirəyə çıxarılacaq, Türk dünyasının birliyi əsas müzakirə mövzusu olacaq”.