Danışır dünya! - Azərbaycan ordusunun Qarabağdakı döyüş taktikası yeni presendentdir

Heç kimə sirr deyil ki, 44 günlük Vətən savaşında müzəffər Azərbaycan ordusu 30 illik işğala son qoyub. Ordumuz bu illər ərzində işğal altında qalan tarixi torpaqlarımızı düşmən tapdağından azad edərək, həmin yerlərə ay-ulduzlu şanlı bayrağımızı sancıb. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları üçtərəfli bəyanatdan sonra Qarabağ müharibəsi bitdi. 

Amma savaşdaAzərbaycan ordusunun apardığı uğurlu döyüş əməliyyatları və taktikalarına dair beynəlxalq müstəvidə aparılan müzakirələr səngimir. Doğrudur, ordumuz döyüşlərdə ən müasir sialhlardan istifadə edib. Amma müharibənin qazanılmasında başlıca güc Azərbaycan hərbçisinin vətən sevgisi və hərbi taktikası oldu. Bu gün dünya Azərbaycan ordusunun Qarabağda sərgilədiyi döyüş taktikasından danışır, onu müzakirə və təhlil edir. Bu taktika sanki dünya hərb tarixi üçün bir presendetə çevrilib. 

Ordumuzun 44 günlük Vətən savaşındakı qəhrəmanlığından danışan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, Qarabağ qazisi Emin Həsənli də “Sherg.az”a bildirib ki, müqəddəs zəfərimiz xalqımızın vətənpərvərliyini dünyaya sübut etdi:

 “Əsas amil müharibədə qalib gəlməkdir. Proseslərin son nəticəsini müharibə göstərir. Azərbaycan Vətən savaşında böyük qələbə əldə etdi. 21-ci əsrin ən müasir müharibəsini apardı. Müasir texnologiyadan düzgün istifadə edildi. Xüsusi təyinatlılarımız cəsur addımlarla iləriləyir, qayaları dırmaşaraq fəth edirdilər. Azərbaycan ordusu peşəkardır, müasirdir, ən əsası vətənpərvərdir. Ordunun mənəvi, psixoloji hazırlığı, təlimlərdə yüksək nəticə əldə etməsi, Azərbaycan prezidentinin apardığı uğurlu siyasət müharibənin qazanılmasına yardım etdi. Azərbaycan xalqı bu müharibə ilə sübut etdi ki, qəhrəman xalqdır. Müharibəni tank, top, tüfəng, bir sözlə silah qazanmır. Müharibəni insan qazanır. Dünya ictimaiyyəti Azərbaycan xalqının vətənpərvərliyinə heyran oldu. Bir çox xarici mediada bu barədə paylaşım edildi. Şuşa döyüşlərində ordumuzun qəhrəmanlıqları dastan oldu. Həmçinin, bu 44 günlük Vətən savaşından sonra Azərbaycanın aldığı silahlara maraq artdı. Azərbaycanın haqlı savaşı sayəsində İsrail, Türkiyə və digər ölkələrin silah satışı daha da artdı”.

 Xanlar ƏLİBƏY