Pandemiya bu il başa çatacaq  - Alimlərdən müjdə

Rusiyanın virusologiya üzrə professoru, Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin baş elmi işçisi Anatoli Altşteyn COVID-19 pandemiyasının bu il bitəcəyini açıqlayıb.

Sherg.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Anatoli Altşteyn bu prosesin ancaq peyvəndlə baş verəcəyini bildirib.

"2022-ci ildə pandemiyaya son qoya bilərik, çünki vaksinlər var, peyvəndləri təkmilləşdirmək, habelə onu istehsal etmək imkanı var. Mən təkcə Rusiyadan deyil, ümumilikdə dünyadan danışıram", - deyə Anatoli Altşteyn müsahibəsində bildirib.

Mütəxəssisin sözlərinə görə, normal həyata qayıtmaq üçün profilaktik tədbirlərə riayət etmək və peyvənd olunmaq lazımdır, əks halda pandemiya 2022-ci ildə də davam edəcək.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, V.A.Engelhardt adına Molekulyar Biologiya İnstitutunun hüceyrələrin çoxalması laboratoriyasının rəhbəri Pyotr Çumakov isə hesab edir ki, pandemiyanın insan həyatına təsiri getdikcə azalacaq:

“Düşünürəm ki, çox sürətlə yayılan və ciddi təzahürlərə səbəb olmayan “omikron” ştamının yaranması ilə əlaqədar hər şey səngiyəcək”, - deyə o bildirib.