"Qazaxıstan ölkədəki vəziyyətlə bağlı Rusiyadan kömək istəməyib.
"Sherg.az" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
O qeyd edib:
“Biz əminik ki, qazaxıstanlı dostlarımız öz daxili problemlərini müstəqil şəkildə həll edə bilərlər. Baş verən proseslərə heç kim kənardan müdaxilə etməməlidir".
Qeyd edək ki, yanvarın 2-də Qazaxıstanda yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb. Yanvarın 4-də Almatıdakı Respublika meydanında etirazçılar təhlükəsizlik qüvvələri ilə toqquşub. Hüquq-mühafizəçilər etirazları dağıtmaq üçün gözyaşardıcı qaz və səs-küylü qumbaralardan istifadə ediblər.