Azərbaycan Ordusunun əsgəri həlak olub

Azərbaycan Ordusu hərbi qulluqçusunu itirib.

Müdafiə Nazirliyindən Sherg.az-a  bildirilib ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.