"Qarabağa hər kəsin ildə bir dəfə səfər etməsi məhdudiyyəti düzgün deyil"  - Sabiq deputat 

"Bir məsələni də qeyd etmək istəyirəm ki, Qarabağın bərpasında vətəndaşlar yaxından iştirak etməlidirlər. Kimin nəyə gücü çatırsa, maddi dəstək verməlidir. Mən özüm də maddi dəstək verəcəyəm”

 Bakıdan Şuşa və Ağdama avtobus biletləri yalnız yolumuzqarabaga.az portalı üzərindən satılacaq. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.

İmtiyazlı şəxslər də daxil olmaqla bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir. Sərnişinlər fərdi qəza sığortası ilə təmin ediləcək. Hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq qurumlarla birgə marşrutun hərəkət sxemi və dayanacaq yerləri müəyyən olunub.

Yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirəcək sürücülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib. Onlara əsas təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürü yerləşdirilməyi planlaşdırılıb. Avtobuslar ilkin tibbi yardım çantaları ilə də təchiz edilib.

Şuşa və Ağdama avtobus marşrutlarının təşkil olunması ilə bağlı “Sherg.az”a danışan sabiq deputat, Xankəndi sakini Flora Qasımova bildirib ki, hər kəsin ildə bir dəfə səfər etməsi məhdudiyyəti düzgün deyil:

“Şuşa və Ağdama hər kəsin ildə bir dəfə səfər etməsi ilə bağlı qərara reaksiyam müsbət deyil. Məhdudiyyətlə qismən razılaşmaq olar. Çünki Şuşanı, Cıdır düzünü, İsa bulağını görmək istəyən insanların sayı çoxdur. Xüsusilə yaşlılar sağ olduqları müddətdə gedib o səfalı torpağı görməyi arzu edirlər. Ehtimal ki, sıxlıq yaranmasın deyə belə bir qərar verilib. Ümumilikdə isə məhdudiyyətin qoyulmağını müsbət qarşılamıram.
Bir məsələni də qeyd etmək istəyirəm ki, Qarabağın bərpasında vətəndaşlar yaxından iştirak etməlidirlər. Kimin nəyə gücü çatırsa, maddi dəstək verməlidir. Mən özüm də maddi dəstək verəcəyəm”.


Bakıdan Şuşa və Ağdama avtobus biletləri yalnız yolumuzqarabaga.az portalı üzərindən satılacaq. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslər də daxil olmaqla bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir. Sərnişinlər fərdi qəza sığortası ilə təmin ediləcək. Hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq qurumlarla birgə marşrutun hərəkət sxemi və dayanacaq yerləri müəyyən olunub.

Yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirəcək sürücülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib. Onlara əsas təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürü yerləşdirilməyi planlaşdırılıb. Avtobuslar ilkin tibbi yardım çantaları ilə də təchiz edilib.

Şuşa və Ağdama avtobus marşrutlarının təşkil olunması ilə bağlı “sherg.az”a danışan sabiq deputat, Xankəndi sakini Flora Qasımova bildirib ki, hər kəsin ildə bir dəfə səfər etməsi məhdudiyyəti düzgün deyil:

“Şuşa və Ağdama hər kəsin ildə bir dəfə səfər etməsi ilə bağlı qərara reaksiyam müsbət deyil. Məhdudiyyətlə qismən razılaşmaq olar. Çünki Şuşanı, cıdır düzünü, İsa bulağını görmək istəyən insanların sayı çoxdur. Xüsusilə yaşlılar sağ olduqları müddətdə gedib o səfalı torpağı görməyi arzu edirlər. Ehtimal ki, sıxlıq yaranmasın deyə belə bir qərar verilib. Ümumilikdə isə məhdudiyyətin qoyulmağını müsbət qarşılamıram. Bir məsələni də qeyd etmək istəyirəm ki, Qarabağın bərpasında vətəndaşlar yaxından iştirak etməlidirlər. Kimin nəyə gücü çatırsa, maddi dəstək verməlidir. Mən özüm də maddi dəstək verəcəyəm”.


Xanlar ƏLİBƏY