Arvadı tərəfindən bıçaqlanan kişi xəstəxanada ölüb - YENİLƏNİB

Hövsan qəsəbə sakini, 1990-cı il təvəllüdlü Elşən Hadızadə aldığı xəsarətlər vəfat edib. APA xəbər verir ki, hazırda araşdırma aparılır.

***

Bakıda arvadın ərini bıçaqlaması hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Qadın həyat yoldaşını bıçaqlayıb. Kişi təcili yardımla xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.