Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı prezidentlər fevralın 22-də Moskvada keçirilən Rusiya-Azərbaycan sammiti çərçivəsində ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə və Azərbaycan prezidentlərinin Rusiya ilə danışıqlar təşkil etməyi təklif etdiyini bildirib.