Sabah Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək. İclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq. Komissiyanın iclaslarının 28 May - Müstəqillik Günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçiriləcəyi bildirilir.
Bu barədə “Sherg.az”a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, əfv sərəncamının imzalanması yəqin ki, baş tutacaq:
“Güman edirik, əfv prosesi gerçəkləşəcək.Verdiyimiz siyahıdakı şəxslərin çoxu azadlığa buraxılacaq. Siyahıdakıların sayı 37-38 nəfərdir”.