Azərbaycan hərbçilərinin Türkiyədəki təlimləri başa çatıb

Azərbaycan hərbçilərinin Türkiyədə, İzmirin Hava Texniki Məktəbləri Komandanlığında təlimləri başa çatıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Azərbaycanlı hərbçilərlə yanaşı, təlimlərdə Bosniya və Herseqovina, Seneqal və Somalidən gələn hərbi personal da iştirak edib.

Hava Teknik Okullar Komutanlığı (Gaziemir/İzmir)

Azerbaycan, Bosna Hersek, Senegal ve Somali uyruklu misafir askerî personelin katılımıyla “Lojistik Subay, Karargâh Subayı ve Ulaştırma Astsubay Temel Eğitimleri” başarıyla icra edildi. pic.twitter.com/UrSOYZd8mH

— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) May 6, 2022