İrəvan “Rus dili”ni əsas fənlər siyahısından çıxardı

Ermənistanda 2024-2025-ci tədris ilindən məktəblər üçün yeni dövlət təhsil standartları qüvvəyə minib.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, yeni standartlara görə, təhsil müəssisələrinin bir sıra sinifləri üçün rus dili əsas statusundan xarici dil statusuna keçdi. Eyni zamanda hər bir xarici dil üçün həftədə 2 saat vaxt ayrılacaq:

“Yəni “Rus dili” müstəqil fənn kimi yalnız 4, 9 (həftədə üç saat), 11 və 12-ci siniflərdə (həftədə iki saat) qalıb. 2, 3, 5, 6, 7, 8 və 10-cu sinif şagirdləri üçün ayrıca “Rus dili” fənni yoxdur. “Xarici dil 1” və “Xarici dil 2” var”.