Zelenski: "Rusiyanın Kursk ərazisində 100 yaşayış məntəqəsini ələ keçirdik"

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə davam edən müharibə ilə bağlı açıqlamalar verib.

Sherg.az xəbər verir ki, Rusiyanın Kursk vilayətində 100 yaşayış məntəqəsini ələ keçirdiklərini deyən Zelenski burada 1300 kvadrat kilometr irəlilədiklərini bildirib.
Zelenski növbəti dəfə Qərbdən silah istəyib. O, həmçinin Moskvanın Ukraynadakı işğal zonasını genişləndirdiyini bəyan edib və hərbi müttəfiqlərinə Rusiya prezidenti Vladimir Putinin qırmızı xətlərinə məhəl qoymamaları barədə xəbərdarlıq edib.

Ukrayna lideri vəd edilən, lakin təhvil verilməyən xeyli sayda hava hücumundan müdafiə sistemlərinin olduğuna da diqqət çəkib və deyib:

"Bizə daha güclü F-16 qırıcı təyyarə parkı lazımdır. Raket çatışmazlığımız var və onlardan Rusiya ərazisində istifadə etmək üçün bizə uzaq mənzilli imkan lazımdır".