Orban: Azərbaycan sülh yaradıcılığı mövzusunda həqiqətən yaxşı nümunədir

"Azərbaycanın danışıqlar aparıb, sonra sabitlik yaratmaq qabiliyyətindən istifadə edərək belə rahat, sakit və diplomatik tərzdə yanaşdığı üçün ona təşəkkür edirik".
APA-nın İtaliyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban jurnalistlərə açıqlamasında bildirib.

O vurğulayıb ki, Azərbaycan sülh yaradıcılığı mövzusunda həqiqətən yaxşı bir nümunədir.