372 gün suyun altında qaldı -İzlənən video heyrətləndirdi

  Türkiyənin Adana bölgəsində ailəsi ilə gəzintiyə çıxan Salih Yavuz dərədəki çayda çimərkən suyun dibində cib telefonu tapıb. Cihazı idarə etməyi bacaran Yavuz telefonda ən son çəkilən videoya baxanda heyrətlənib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən  xəbər verir ki, 2023-cü ilin avqust ayında Karaisalı rayonundakı Dokuzoluk Kanyonundakı düşərgəyə dostları ilə gələn Əmrəcan Nakit cib telefonu ilə görüntülər çəkərək suya atılıb. Suda mobil telefon əlindən sürüşüb və suyun içində itib. Bir il sonra mobil telefon təmirçisi Salih Yavuz  ailəsi ilə birlikdə həmin kanyona piknikə gedib. Yavuz sərinləmək üçün suya girib və ayağına ilişmiş telefonu götürüb təmir edib. Salih Yavuz: “çimərkən ayağıma bir əşya ilişdi. Bunun telefon olduğunu anlayanda çətin də olsa onu sudan çıxartdım. Baxdım ki, telefonun içi suyla dolub. Telefonu dəsmala büküb çantama qoydum. Bir telefon adamı olaraq, bunu tapmaq mənim kimi insan üçün əla bir şeydir. Cihazı iş yerimə gətirdim. Tamamilə söküb saxladım. Cihazın heç bir hissəsini dəyişmədən işə saldım. Cihazı işə saldıqdan sonra parolu tapmaq üçün bir qədər çalışdım, nəhayət, 6 rəqəmli parolu tapdım. Bunun sayəsində telefon sahibinin məlumatını və nömrəsini tapdım və onunla əlaqə saxladım. Telefonu itirən şəxs telefonu tapmağıma inanmadı. Dedi, dalğıc gəldi, tapa bilmədi, necə tapdın? Düşündü ki, mən onu aldadıram. “Ona video vasitəsilə zəng edib telefonu göstərəndə mənə inandı”, söyləyib. Salih Yavuz qeyd edib ki, telefonda son videoya baxanda 2023-cü ilin avqustunda çəkildiyini görüb. Məlum olub ki, telefon 372 gün suda qalıb. Telefonu itən vətəndaş onun tapılmasına çox sevinib. Əmrəcan “Suyun təxmini dərinliyi 3 metrə yaxın idi. Dostlarımla nə qədər axtarsaq da, telefonu tapa bilmədik. Hətta dalğıc çağırdıq, gəldi, amma o da tapa bilmədi. Salih Yavuzun telefonu tapması möcüzədir”, söyləyib. Əsas möcüzə isə odur ki, uzun müddət suda qalmasına baxmayaraq, telefonun yaddaşı silinməyib.