“TEKNOFEST Azərbaycan” festivalından maraqlı GÖRÜNTÜLƏR 

Dünyanın öndə gedən Aerokosmik və Texnologiya Festivalı “TEKNOFEST Azərbaycan” artıq Bakıda start götürüb. 4 gün baş tutacaq tədbirin açılışında uşaqdan böyüyə hər kəsi görmək mümkündür.
"Teknofest"in Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür.
Qeyd edək ki, tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələri, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotlar nümayiş olunur.
Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.
"Sherg.az" festivalın ilk günündən görüntüləri təqdim edir: