" Soçi görüşü Qarabağda vəziyyətin gərginləşdiyi ərəfəyə təsadüf edir. İkitərəfli görüşdə Qarabağ məsələsi birmənalı şəkildə müzakirə mövzusudur".
Bu sözləri "Sherg.az"a açıqlamasında Soçidə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşü şərh edərkən “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov deyib.
Politoloq gözləntilərini açıqlayıb:
"Baş verən son proseslər fonunda tərəflərin görüşündə Qarabağdan danışmaq vacib məsələlərdəndir. Rusiya ilə Türkiyə prezidentlərinin toplantısında müəyyən formada nəticə əldə olunması mümkündür. Tərəflər Qarabağ ərazisindəki separatçıların çıxarılmasında, Zəngəzur dəhlizinin açılması və s. kimi məsələlərdə ortaq razılığa gələ bilərlər. Rusiyanın beynəxalq aləmdə durumu yaxşı deyil. Cənubi Qafqazla bağlı məsələlərdə də Rusiya qarşı proseslər yaşanır. Rusiya bunu anlayır. Ən optimal variant Türkiyə ilə bəzi məsələlərdə razılaşıb, Cənubi Qafqazda nüfuzunu qorumaq imkanını saxlamaqla tədbirlərin keçirilməsinə nail olmaqdır.
Sərhədlərin delimitasiyası, minaların təmizlənməsindən sonra bərpa işlərində də razılıq əldə oluna bilər".