Dövlət başçısı: Artıq İslamiadada birinci qızıl medalımız var

Bu dəfə də əminəm ki, idmançılarımız gözəl nəticə göstərəcəklər. Və artıq birinci qızıl medalımız var. Komandanı bu münasibətlə təbrik etmək istəyirəm.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.

“Oyunların rəsmi açılış mərasimi bu gündür, amma artıq Oyunlar davam edir. Və əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl bir stimul olacaq”, - Prezident İlham Əliyev vurğulayıb.