Ermənistandan Rusiyaya ZƏRBƏ! – “Moskva zəifləyən kimi Qərbə...”

30 illik işğal dövründə ermənilər Rusiyaya söykənərək təzavüz siyasətini davam etdirirdilər. Lakin son hadisələr onların oryentirlərini dəyişdiyini və açıq şəkildə Qərbdə dəstək axtardığını göstərdi. Ermənistan artıq NATO-nu bölgəyə gətirməyi və öz revanşist məqsədlərini Qərbin əli ilə reallaşdırmağı düşünür. Paşinyan hakimiyyətinin təxribat və siyasi avantüralarının son məqsədi isə sülh prosesini ləngitmək, mümkündürsə iflasa uğratmaqdır. Onlar hər zaman regionda formalaşan yeni arxitekturanı, pozitiv əməkdaşlıq imkanlarını, inkişafı və təhlükəsizliyi təhdid edirlər. Çünki rəsmi İrəvan açılan yeni perspektivlərə zərbə vurmağa çalışır. Dünya güclərindən bəziləri isə Ermənistanın hazırkı siyasətinin mahiyyətini aydın görmürlər.Bu qüvvələr onun əsl niyyətlərini  düzgün qiymətləndirməli və bu iddialardan əl çəkməyə məcbur etməklə sülh prosesinə öz töhvələrini verməlidirlər. Belə olan halda isə “Erməni xislətinin əsil üzünü açmaq üçün hansı addımlar atılmalıdır?” sualı hasil olunur.

Ermənilərin Qərbin “əli” həyata keçirmək istədiyi məkrli planların alınmayacağını deyən AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov “Sherg.az”bildirib ki, artıq Azərbaycan güclüdür və onun beynəlxalq arenada yetərli nüfuzu var:

“Rəsmi İrəvan həmişəki kimi xəyanətkar siyasət yürüdür. Bu xainliyiyi təkcə biz yox onların arxalandığı qüvvələr də başa düşürlər. Onlar təkcə indi yox, elə həmişə Qərbin, Rusiyanın və İranın ətəyindən yapışırdılar. 

Lakin son zamanlarda rəsmi Moskvanın zəifləməsi onları daha çox Qərbə yönəltdi.  Məsələyə isə birtərəfli baxmamaq lazımdır. Burada  ermənilər Qərbdən yox, Qərb Paşinyan hakimiyyətindən alət kimi istifadə edir. 

Çünki bu xalq tarix boyu kiminsə oyuncağı olub.  Biz artıq onların xarakterini çox yaxşı başa düşürük.Buna görə də işimizi möhkəm tutmalı və həqiqətləri dünya gündəminə çatdırmağa davam etməliyik”.