Beqarinin Həsənova təcili zəngi! – “Azəbaycanla İsrailin hərbi-texniki əməkdaşlığı...”

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.
Bildirilib ki, tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər  ətrafında müzakirə aparılıb.

Müzakirəni şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a söyləyib ki, regionda müəyyən ciddi proseslər baş verəndə Türkiyə - Azərbaycan, Azərbaycan - İran, Azərbaycan - İsrail üçbucağı arasında sürətli telefon trafiki yaşanır:

"Azərbaycan Müdafiə naziri Zakir Həsənovla İsrail dövlətinin müdafiə naziri  Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirildi.

Sentyabr toqquşmaları, kiçik çaplı qarşıdurmalarda dərhal Türkiyə Milli Müdafiə naziri Azərbaycana zəng edir. Texniki, hərbi hazırlıqla maraqlanır.

İsrail - Azərbaycan hərbi münasibətləri yeni sferaya keçib.  İsrailin müdafiə naziri Benyamin Qansın Azərbaycana səfəri, Müdafiə Nazirliyimizlə, Prezidentlə görüşünün reallaşması, eləcə də, müasir standartlara malik İsrail istehsallı PUA-ların nümayişi M.H.Baqerinin zənginə səbəb oldu".

Ə.Əlibəylinin qənaətincə, İran Azərbaycanla İsrailin hərbi texniki əməkdaşlığından çox narahatdır:

"Azərbaycana nəzərdə tutduqları silahlı müdaxiləni də nəzərdən keçirirlər. Hüquqi, siyasi, diplomatik, hərbi əsaslarını hazırlamaqdadılar. İran daxili, siyasi vəziyyətinin gərgin qalması fonunda prosesləri sərhəddən kənara köçürmək versiyaları önə çıxır. Qərb Ermənistan hərbi əməkdaşlığı fonunda isə İranın mövqeyi, Azərbaycanın artan ritorikası, Zəngəzur dəhlizi məsələsinin də müzakirə predmeti olub. 

Ermənistan sərhədə qoşun yığıb  durumu gərginləşdirməyə yönələn addımlar atacaq. Noyabrın 8-dək yenidən toqquşma gözləniləndir".