
21 il sonra zəhərli iynə - Şizofreniya xəstəsinin ölümü
08:48 03.08.2023
Gündəm
318
6 yaşlı qızı zorlamaq üçün qaçırıb onu öldürdüyünü etiraf edən amerikalı Conni Conson edam edilib. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, 2002-ci ildə Conni Conson ABŞ-nin Missuri ştatında 6 yaşlı Keysi Vilyamsonu qaçırmışdı. Keysinin atası Ernie Vilyamson səhər saat 7-dən əvvəl yuxudan oyananda qızını evdə gecələyən 24 yaşlı Conni Consonla qonaq otağında görüb.

Tualetə getdiyini izah edən Erni qonaq otağına qayıdanda Keysi və Conson evi tərk etmişdilər. Keysinin valideynləri Ernie və Angie Vilyamson dərhal polisə zəng edərək qızlarının itdiyini bildiriblər.
FTB, polis və könüllülərin iştirak etdiyi əməliyyat zamanı balaca Keysinin cəsədi evindən 2 kilometr aralıda çuxurda tapılıb. Conson, Keysinin qəza nəticəsində öldüyünü və onu basdırdığını iddia edib. Lakin saatlar sonra Conson 6 yaşlı uşağı cinsi istismara görə qaçırdığını bildirib.
Conson ittihamlar əsasında ölüm cəzası ilə üzləşib. Vəkillər 45 yaşlı Consonun xəstəliyinin "törətdiyi cinayətlə cəza arasındakı əlaqəni anlamağa mane olduğunu" əsas gətirərək, edam qərarının ləğvini tələb ediblər. Conson dünən yerli vaxtla saat 18:33-də öldürücü iynə ilə edam edilib. Edamın bir hissəsi olaraq Consonun bədəninə ölümcül pentobarbital dozası vurulub.
Şizofreniya xəstəliyindən əziyyət çəkən Conson edamından saatlar əvvəl dərc olunmuş əlyazmasında peşman olduğunu qısaca ifadə edib. Conson, “Allah bağışlasın. Mən incitdiyim insanlardan və ailədən üzr istəyirəm" qeydini buraxıb.
Conson edam otağında boynuna qədər mələfə ilə kürəyi üstə uzanıb. İynə vurulmağa başlamazdan az əvvəl o, məsləhətçisini dinləyirmiş kimi başını sola çevirib. Daha sonra o, heç bir fiziki reaksiya vermədən gözlərini yumaraq başını çevirib. Consonun edamının şahidləri arasında qızın ailəsinin bir neçə üzvü və onun işinə rəhbərlik edən keçmiş prokuror və polis müstəntiqi də olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm
Suriya WUF13-də iştirak edəcək
13:26 11.05.2026
Siyasət