“Bred məni soydu”

 Anjelina Coli keçmiş həyat yoldaşını suçlayır

  Hollivud “ulduz”ları Anjelina Coli və Bred Pitt arasında sular durulmur. 
"Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, keçmiş həyat yoldaşları arasında hələ də Miravaldakı şərabçılıq müəssisəsinə sahiblik davası gedir. Cütlük boşanma qərarı verdikdən sonra hüquqi müstəvidə işlər başlanıb və hər iki tərəf də biri-birinə qarşı mülk davaları açıb. Anjelina Coli isə keçmiş həyat yoldaşını onu soymaqda suçlayır.  Aktrisa Bred Pittin Miravaldakı şərabçılıq müəssisəsini ələ keçirməyə çalışdığını, ona isə cüzi pay ayırdığını iddia edərək milyonluq iddia qaldırıb. B.Pitt isə Colininona ziyan vurmaq üçün müəssisəni xarici vətəndaşa satdığını önə çəkərək qarşılıqlı iddia qaldırıb. CNN-in xəbərinə görə, yeni məlumatlar ortaya çıxıb. A.Coli keçmiş həyat yoldaşını onu soymaqda, mal varlığına əl qoymaqda  ittiham edir. Və B.Pitdən zərərin qarşılanması üçün 350 milyon dollar tələb edir. Qeyd edilir ki, Coli-Pitt cütlüyü Fransanın cənubundakı şərabçılıq müəssisəsini 2008-ci ildə satın alıblar.  “Ulduz” cütlüyün toyu da bu müəssisənin geniş ərazisində təşkil edilib. Hazırda isə bu məkan mübahisə predmetidir.