Bütün zəvvarlarımız Vətənə döndü

Zəvvarlar arasında heç bir itki olmayıb, xəstələnmə halı da müşahidə edilməyib
  Bu gecə zəvvarlarımızın sonuncu qrupu Vətənə dönəcək.
 Bu barədə “Sherg.az"a Qafqaz Müsəlmanları İdarəsi xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib. Şöbə müdiri qeyd edib ki, bu, sayca 8-ci qrupdur. Bu il müqəddəs Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarlar qrup halında Vətənə qayıdır. Bu gecə Mədinə-Bakı reysi ilə sonuncu uçuş həyata keçiriləcək və artıq bütün zəvvarlar geri dönmüş olacaq. Şöbə müdiri qeyd etdi ki, zəvvarlar arasında heç bir itki olmayıb, xəstələnmə halı da müşahidə edilməyib. Bütün zəvvarlarımız sağ-salamat geri qayıdıblar. Builki Həcc ziyarətində Azərbaycandan ümumilikdə 1440 zəvvar iştirak edib.