Putini yalnız Ərdoğan yola gətirə bilər: Ukraynadan “Taxıl sazişi” açıqlaması

Ukrayna xarici işlər naziri Dmitro Kuleba Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putini yola gətirə biləcək yeganə lider adlandırıb. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Ukrayna  dövlət agentliyi “Ukrinform”a açıqlama verən D.Kuleba Qaradəniz Taxıl Dəhlizi Anlaşmasının davamı üçün R.T.Ərdoğanın yenə də dövrəyə daxil olmasının vacibliyini vurğulayıb. D.Kuleba “Ukrayna Putinin “Taxıl sazişi”nin müddətini uzatması üçün Rəcəb Tayyib Ərdoğanla mütəmadi təmasdadır. Bu, 3 tərəfi də qane edəcək sazişdir.  Ərdoğansa Putini yola gətirə biləcək tək liderdir”, söyləyib. Xatırladaq ki, dövlətlər arasında imzalanmış “Taxıl sazişi”nin müddəti 17 iyul tarixində bitib. Hazırda Rusiyanın sazişilə bağlı növbəti addımının nə olacağlı gözlənilir. Dünya bazarında taxılın, ərzaqlıq buğdanı və ümumiyyətlə qida məhsulları qıtlığı və qiymət artımı bu sazişin davam edib-etməməsindən çox asılı olacaq.