“İşə velosipedlə gedir”, “təvazökar evdə qalır” deyərək örnək kimi göstərilən Almaniyanın keçmiş kansleri Angela Merkelin istefa verməsinə baxmayaraq, hökumətdən makiyaj və stilist xərci üçün 55 min avro aldığı məlub olub.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın ən mühüm postunu təxminən iki il əvvəl tərk etməsinə baxmayaraq, Merkel hələ də federal hökumətə müxtəlif xərclərinin çekini göndərir.
Yəni Baş nazirlik həm açıq, həm də özəl danışıqlarda Merkelin saç və makiyaj xərclərini hələ də ödəyir.
Həmçinin ildirilib ki, Almaniya hökuməti Merkelin vəzifədən getdiyi vaxtdan bəri saç və makiyajına 2022-ci ildə 37 780 avro, 2023-cü ildə 17 200 avro olmaqla təxminən 55 min avro pul xərcləyib.
O da vurğulanıb ki, hətta ictimai olmayan proqramlar üçün belə 69 yaşlı Merkelin xüsusi saç və makiyaj xidmətçisi olub.
Qeyd edək ki, Almaniyanın hazırkı kansleri Olaf Şolz da ictimai səfərlərində heç bir xərcdən çəkinmir.
O bu il saç düzümü və makiyaj üçün 21 808 avro, 2022-ci ildə isə 39 910 avro pul xərcləyib.
Mənbə: Haber Global