Qurd-köpək “Oreo”

İstanbuldan Ədirnəyə təkbaşına səyahət etdi

Çoxunun heyranlıqla tamaşa etdiyi Sibir qurdu cinsindən olan “Xaska” itlərinin uzun məsafələr qət edə bildiyi zatən məlum idi. 14 aylıq “Oreo” adlı qurd-köpək isə İstanbuldan 213 kilometr uzaqlıqdakı Ədirnəyədək səyahət edib. Amma bu səyahət könüllü olmayıb. Oreo itkin düşüb, sahibini, evini tapmaq üçün yola düzəlib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, qurd-köpək haqqında Ədirnədən İstanbul polisinə məlumat verilib. Ədirnənin Keşan bölgəsi, Yuxarı Zəfəriyyə məhəlləsindəki baytar klinikasının həkimi Batıxan Çalışqan qurd cinsi itin klinikanın önündə dolaşdığını görüb. İtin yorğun olması həkimin diqqətini çəkib. Ona yaxınlaşaraq yemək və su verib. İtin sahibsiz olub-olmadığını müəyyənləşdirməyə çalışıb. İtin üzərindəki çip sayəsində sahibinin İstanbulun Esenyurt bölgəsində yaşayan yəmənli Amr Tareq Gaber Fareaya aid olduğunu bilib. İstanbul polisinə məlumat verən həkim itin sahibi ilə əlaqə yarada bilib. Sahibi itin ardınca Ədirnəyə gələcəyini söyləyib. Məlum olub ki, sahibi iti bir neçə gün əvvəl dostuna əmanət edərək xaricə gedib. İt isə həmin adamın yanından qaçıb və Ədirnəyədək gəlib. İti tapdığına və sahib çıxdığına görə yəmənli baytar həkimə 1000 TL mükafat verib. Baytar həkim isə bu mükafatı Keşan Küçə Heyvanlarını Qoruma Dərnəyinə bağışlayıb.