Başında şiş olan iti əməliyyat etdilər

Almaniyada yaşayan Dilək Dəmir Gurbət bəslədiyi köpəyi əməliyyat etdirmək üçün Türkiyəyə - doğma yurdu Diyarbəkirə gəlib. 
"Sherg.az" xəbər verir ki, “Rokki” adlı köpək  ''Çihuahua'' cinsindəndir və 3 aylıqdır.
 Bir müddət öncə köpək rahatsızlanıb. Dilək onu Almaniyada bir neçə baytar həkimə göstərsə də, köpəyin rahatsızlığının səbəbini tapmayıblar. Bir klinika isə köpəyin müayinəsi üçün 1850 avro tələb edib. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Dilək köpəyini də götürüb vətəni Diyarbəkirə gəlib. Orada Diclə Universitetinin Baytarlıq fakültəsində köpək müayinə edilib. Məlum olub ki, köpəyin başında şiş var. Köpəyin yemək yeməməsi, halsız, iştahsız olmasının səbəbi də bu imiş. Aylarla Almaniyada təsbit edilməmiş xəstəliyi Diyarbəkirdəki baytar həkim üzə çıxarıb. Köpəyin müalicəsinə başlanılıb. Diclə Universiteti Veterinar Fakültəsi Daxili Xəstəliklər kafedrası başqanı və Heyvan Xəstəxanasının baş həkimi, professor Hasan İçen bu barədə “Apardığımız müayinə zamanı köpəkdə nevroloji problem olduğunu təsbit etdik. Onun başının zədə alıb-almadığını müəyyənləşdirmək üçün radioloji görüntüləri çəkdik. Görüntüdə köpəyin başının zədələndiyi görünürdü. Başında şiş əmələ gəlmişdi. Əməliyyatla şişi götürdük, indi müalicəsi davam edir”, söyləyib.  Dilək Dəmir Gurbət də həkimlərə minnətdar olduğunu deyib: “Almaniyada köpəyimin dərdinə əlac tapmadılar. Vətənim Diyarbəkirin mənə ümid verəcəyinə inanırdım. İndi köpəyim əmin əllərdədir. Yaxşı ki, bura gəlmişəm. "Rokki" şəfasını burada tapdı”. Əməliyyatdan əvvəl ayağa qalxmaqda çətinlik çəkən Rokki artıq qalxır, hərəkət edir.