Xəstəxana minlərlə fələstinlinin sığınacağına çevrilib - FOTOLAR

İsrail illərdir blokadada saxladığı Qəzza zolağına 11 gündür ki, hücumlarını davam etdirir. 


Sherg.az xarici KIV-lərə istinadən xəbər verir ki, Xan Yunus şəhərindəki Nasser xəstəxanası və ətrafı İsrailin davam edən bombardmanları nəticəsində didərgin düşən minlərlə fələstinlinin sığınacağına çevrilib.




 
Xəstəxana yaralılarla dolub-daşır.
Minlərlə fələstinli də hücumlardan qorunmaq üçün xəstəxanalara sığınıb.


Xəstəxananın bağçasında və binanın içərisində uşaqlı ailələri görmək olur.