BMT-dən Qəzza şərhi! “Fələstin xalqı 56 ildir boğucu işğala məruz qalıb”


BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin arasındakı münaqişələri müzakirə etmək üçün ABŞ-ın Nyu-York şəhərində toplaşıb.Sherg.az xəbər verir ki,  BMT-nin baş katibi Antonio Quterreş iclasdakı çıxışında İsrail və Fələstini  təcili humanitar atəşkəsə çağırıb və Qəzza zolağında beynəlxalq humanitar hüququn açıq-aşkar pozulduğunu bildirib. 

Qəzza zolağına daha çox humanitar yardımın daxil olmasına icazə verilməsinin vacib olduğunu vurğulayan Quterreş, “BMT-nin Qəzzadakı yanacaq ehtiyatları bir neçə günə tükənəcək. Bu başqa bir fəlakət olacaq. Mən əzabları azaltmaq, yardımın paylanmasını asan və təhlükəsiz etmək və girovların azad edilməsini asanlaşdırmaq üçün təcili humanitar atəşkəs çağırışımı bir daha təkrar edirəm” deyə o, bildirib.

HƏMAS-ın İsrailə qarşı hücumlarının gözlənilmədən başlamadığını qəbul etməyin vacib olduğunu ifadə edən Quterreş deyib: "Fələstin xalqı 56 ildir boğucu bir işğala məruz qalıb. Torpaqları daim yaşayış məntəqələri tərəfindən tutulub, iqtisadiyyatları çökdürülüb. Blokadaya salınıb, insanları didərgin düşüb, evləri dağıdılıb. Çətin vəziyyətin siyasi yolla həlli ilə bağlı ümidlər puça çıxır.
Bütün bunların nə HƏMAS-ın hücumlarına, nə də “Fələstin xalqının kollektiv cəzasına” bəraət qazandıra bilməyəcəyini bildirən Quterreş, “Belə bir kritik anda mülki şəxslərə hörmət və mühafizənin əsas prinsipindən başlayaraq, prinsiplər haqqında aydın olmaq həyati əhəmiyyət kəsb edir. ."