Suriyada əməliyyat: ABŞ İran İnqilab Keşikçiləri Korpusunun 2 obyektini vurdu

ABŞ Müdafiə Nazirliyi Suriyada İran İnqilab Keşikçiləri Korpusuna məxsus iki hərbi obyektin vurulduğunu açıqlayıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, hücum əmrini ABŞ prezidenti Co Bayden verib. Pentaqonun verdiyi açıqlamaya görə, Suriyada İran İnqilab Keşikçiləri Qvardiyasına aid iki hədəf vurulub.

“Bölgədə Amerika əsgərlərinə edilən hücumlar cavabsız qalmayacaq və ABŞ özünü müdafiə edəcək” ifadəsi ilə hücumlar davam etdiyi müddətcə ABŞ-nin özünü müdafiə edəcəyi vurğulanıb. O, həmçinin deyib: “İranın dəstəklədiyi qrupların Amerika bazalarına qarşı hücumları qəbuledilməzdir və dayandırılmalıdır”- deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Suriyada son 4 gündür ABŞ ordusunun Tenef bölgəsində, İraq sərhədinə yaxın Malikiyye rayonunda, Həsəkə vilayətinin Şəddadi rayonu və Deyr əz-Zor vilayətində yerləşdirildiyi bazalara silahlı pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilir. 
İranın dəstəklədiyi qruplar vaxtaşırı Fərat çayının şərq sahilindəki ABŞ bazalarına yerdən-yerə silahlar və PUA-larla hücum edir.