Dünən İstanbul Türk Ocağının toplantı salonunda Türk Dünyasının millət vəkili Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş "Tovuzdan Turana - Qənirə Paşayeva" adlı anım tədbir keçirilib.
Sherg.az xəbər verir ki, İstanbul və Azərbaycan Türk Ocaqlarının birgə tərtib etdiyi anım proqramında Qənirə Paşayevanın baçısı Kəmalə Paşayeva da iştirak edib. İstanbul Türk Ocağı başqanı, professor Cezmi Bayram Qənirə Paşayevanın xatirəsinə gələcəkdə alimlərin iştirakı ilə elmi simpozium düzənləyəcəklərini bildirərək indiki tədbirin sadəcə anım məqsədi daşıdığını diqqətə catdırıb. Türk Dünyasının birliyi , bərabərliyi və inkişafı ücün Qənirə Paşayevanın örnək nümunələr ortaya qoyduğunu bildirən Cezmi Bayram Türk Ocaqları ilə Qənirə Paşayevanın əlaqələrindən danışıb. Azərbaycanla bağlı Türk Ocaqlarının kecirdikləri bütün simpoziumların təşkilində Qənirə xanımın böyük əmək sərf etdiyini deyib. C.Bayram Qənirə xanımla bağlı xatirələrini də bölüşüb.
Kəmalə Paşayeva baçısı Qənirə Paşayevanın amal və məqsədlərindən , milli yolda fəaliyyətindən və hədəflərindən danışıb. Cıxışının sonunda Səməd Vurğunun Üzeyir bəy Hacıbəylinin ölümünə həsr etdiyi "Şirin bir xatirə tək qalacaqdı dünyada, sevərək yaşayanlar, sevilərək ölənlər" misralarını səsləndirib.
Azərbaycan Türk Ocağı sədri Akif Aşırlı Qənirə xanımın coxşaxəli fəaliyyətinin ən mühüm istiqamətinin maarifcilik olduğunu deyib. A. Aşırlı gənclərin milli kökə, soya və tarixə bağlılığında Qənirə Paşayevanın bir nümunə ortaya qoyduğunu, bitib- tükınməyən enerjisini gənclərin inkişafına yönəltdiyini, milli dəyərlərə bağlılıq aşıladığını bildirib .