İddia olunur ki, ABŞ 2024-cü ildə keçiriləcək prezident seçkilərindən sonra oxlarını İrana çevirəcək və müharibə olacaq
İsrail və HƏMAS arasında oktyabrın 7-də başlayan müharibədə ötən cümə axşamı atəşkəs elan edilib. Bu razılaşma ilə HƏMAS qadın və uşaqların da olduğu 50 girovu azad edəcəyini açıqlayıb. Bu prosesdə İsrail HƏMAS-ın hücumunun İran tərəfindən dəstəkləndiyini iddia etsə də, ABŞ indiyədək bununla bağlı heç bir dəlil tapmadığını açıqlayıb. HƏMAS-ın İranın oktyabrın 7-də keçirilən reyddə iştirak etməsi ilə bağlı xəbərlərini dini lider Əli Xamneyi özü təkzib etsə də, ancaq o hücumu həyata keçirənlərin əllərindən öpdüyünü söyləmişdi.
Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail mətbuatı “ABŞ İranı nüvə bombası ilə vurmalıdır” başlıqlı xəbəri ilə faktiki olaraq böhranı yenidən alovlandırır. “Jerusalem Post” qəzeti İranın Yəməndəki Həmas və Husilərlə birlikdə İsraili də təhdid etdiyini yazıb.
Birləşmiş Millətlər Təşkilatında İsrailə qarşı səs verən ölkələri "düşmən" kimi xarakterizə edən "Jerusalem Post", bu ölkələrin İsrailə qarşı müharibəyə başlamasının an məsələsi olduğunu bildirib. Mayk Evansın imzası ilə yayılan məqalədə İsrailin ABŞ-ın kiçik ştatı boyda olduğu xatırladılıb, daha sonra müharibənin ölkə iqtisadiyyatına vurduğu böyük ziyana toxunulub. İranın Livanda HƏMAS-dan iki qat daha böyük vəkil qüvvəyə (Hizbullah) malik olduğunu yazan qəzet, Hizbullahın HƏMAS-dan 10 dəfə çox hərbçiləri və raketi olduğunu bildirib.
İranın on illərdir "kiçik şeytan" İsrailə qarşı bir növ müharibə apardığını bildirən Evans, 7 oktyabr hücumlarını "İsrailin Pearl Harboru" kimi qiymətləndirib. İsrail Xarici İşlər Nazirliyinin 2021-ci ildə dərc etdiyi hesabatda İranın keçmişdən daha çox vəkil qüvvələrinə dəstək verməyə başladığı qeyd edilib. ABŞ-ın 2024-cü ildə keçiriləcək prezident seçkilərindən sonra oxlarını Tehrana çevirəcəyini iddia edən qəzet İranın mümkün müharibə ilə üzləşəcəyini yazıb.
Yaxın Şərqdə İranın gücünü kəsməyin yollarına da toxunan Mayk Evans yazıb ki, İran neftini və limanlarını məhv etməklə yeni müharibəyə başlamaq lazımdır. Bu hücumla İranın 72 saat ərzində iflasa uğrayacağını bildirən "Jerusalem Post", hücumun İran xalqı daxilində üsyana səbəb olacağını və hökuməti devirəcəyini bildirib.
Qəzetə görə, başqa variant nüvə bombasıdır. Bildirilir ki, İran neftinin 80 faizinin istehsal olunduğu Xarq adasına nüvə bombası atılacağı təqdirdə ölkənin gündəlik 2 milyon 200 min barel neft ixracı dayanacaq. “Qiyamət böhranı” kimi səciyyələndirilən bu mümkün hücumdan sonra ABŞ İranı və onun vəkil qüvvələrini məhv etməyi planlaşdırır.