"BakuBus"ın sürücüsünün namaz qılması ilə bağlı açıqlama - VİDEO

Sosial şəbəkələrdə "BakuBus"ın sürücüsünün avtobusu saxlayaraq namaz qıldığı görüntülər yayılıb.
İddia edilir ki, sürücü sərnişinləri gözlədərək ibadətini yerinə yetirib.
"BakuBus"ın mətbuat katibi Əsmər Əliyeva BAKU.WS-ə açıqlamasında bildirdi ki, hadisə avtobusun sonuncu dayanacağında baş verib və intervala təsiri olmayıb:
"Daxil olmuş video görüntü əsasında daxili araşdırma aparıldı. Görüntü, "BakuBus"ın istismarında olan 175 saylı marşrut xəttinin son dayanacağında çəkilib. Son dayanacaqda avtobusun durma müddəti 9 dəqiqə təşkil edir. Sürücü həmin müddət ərzində (təqribən 3 dəq) ibadətini yerinə yetirmişdir. Bu, avtobusun hərəkət qrafikində heç bir gecikməyə səbəb olmamışdır".