Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əl-Tani Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycana səfərə gəlib.

Sherg.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Baş nazirin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.