Yaralı İsrail əsgərləri Netanyahunun üzünü belə görmək istəmədilər

 Bəzi yaralı İsrail əsgərləri Qüdsdəki xəstəxananı ziyarət edən baş nazir Benyamin Netanyahu ilə görüşməkdən imtina edib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin Kanal 13 televiziyasının məlumatına görə, Netanyahu Qəzza zolağında quru əməliyyatı zamanı yaralanan əsgərlərlə görüşmək üçün Qərbi Qüdsdəki Hadassa xəstəxanasının reabilitasiya şöbəsini ziyarət etməyə gəlib. Yaralılardan bəziləri Netanyahu ilə görüşməkdən imtina edib.

Yaralı əsgərlərdən biri Or Schneeberg X platformasından etdiyi paylaşımında bildirib: "Xəstəxananın reabilitasiya otağındayam. Netanyahu bu gecə məni ziyarətə gəlir, vəzifəli qadınlardan biri məndən onun gəlib-gəlməməsini soruşdu, təbii ki, "xeyr" dedim.  
Or Schneeberg həmçinin qeyd edib ki, 18 yaralı əsgərdən 15-i Netanyahunun otağa girməsini istəməyib.