Dekabrın 31-də hansı əlamətdar hadisələr baş verib


 Dekabrın 31-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün də tarixə düşən müəyyən hadisələr baş verib.
Dekabrın 31-də kimlər anadan olub?
Yusif Məmmədəliyev (1905-1961) - Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Respublika Elmlər Akademiyasının prezidentidir (1947-1950; 1958-1961).
Covanni Boldini (1842-1931) - italyan rəssamı, rəssam-portret ustasıdır.
Entoni Hopkins (1937) – britaniyalı aktyor, rejissor və prodüserdir. O, daha çox "Quzuların səssizliyi", "Hannibal" və "Qırmızı Əjdaha" filmləri ilə tanınır.

1898-ci ildə Moskva-Sankt-Peterburq telefon xətti Rusiya imperiyasının iki paytaxtını birləşdirib. O dövrdə uzunluğu 660 km olan xətt Avropada ən uzun rabitə xətti olub.
1999-cu ildə Boris Yeltsin Rusiya Federasiyasının prezidenti vəzifəsindən istefa verib. Rusiya Prezidenti Vladimir Putin prezident səlahiyyətlərini icra edən təyin edilib.
1992-ci il dekabrın 31-dən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. Sputnik Azərbaycan