"25 milyonluq büdcəsi olan komandaya qarşı oynayırıq" - "Partizani"nin baş məşqçisi
19:20 14.07.2019
Gündəm
681
"Cavab oyununa hazırlaşırıq. Sabah Bakı səfəri öncəsi daha bir məşqimiz olacaq. Deyə bilərəm ki, hər şey yolunda gedir".
Qol.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Partizani"nin baş məşqçisi Franko Lerda yerli jurnalistlərə açıqlamasında deyib. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la keçirəcəkləri cavab oyununa hazırlaşdıqlarını söyləyən italiyalı mütəxəssis Bakıda onları çətin görüş gözlədiyini bildirib:
"İlk oyunu təkrar izlədik, bizi maraqlandıran epizodları təhlil etdik. Məsələn, top rəqibdə olanda necə oynamalıyıq, yaxud da əksinə. Özümüzə inanırıq. Düzdür, bizi Bakıda çətin oyun gözləyir. Amma öz şanslarımızdan istifadə etməyə çalışacağıq. Qarşıda hələ 3 günümüz var. Hansı futbolçuların formada olduğunu görə biləcəyik. Əsas məqsədimiz top rəqibdə olanda müdafiə olunmaq, bizdə olanda isə hücuma keçməkdir. Hər şeyə hazır olmalıyıq".
Mərhələ adlamaq şanslarını da dəyərləndirən Lerda hər şeyin mümkün olduğunu deyib: "İnamımız var. Necə olacağını oyun göstərəcək. 25 milyon avroluq büdcəsi olan və ardıcıl bir neç ildir avrokubokların qrupunda mübarizə aparan komandaya qarşı oynayırıq. "Qarabağ"ın nəyə qadir olduğunu bilirik. Ancaq futbolda hər şey ola bilər".
Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq. Albaniyadakı ilk oyunda qolsuz heç-heçə qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya