250 min dollar ödəyib "Titanik"ə getmək istədilər: Öldülər!

Çata bilmədilər, 5 nəfər də öldü
  “Titanik”i ziyarətə gedən “Titan” batiskafı (sualtı aparat) da eyni aqibəti yaşadı. Verilən məlumatlara görə, Atlantik okeanında 111 il əvvəl qəzaya uğrayaraq dərinliklərə dalmış “Titanik”in qalıqlarına baxmaq üçün nəhəng maliyyə qarşılığında yola çıxan, içərisində kapitan və 4 turist-sərnişinin olduğu sualtı aparat partlayıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, “Titan”ın “Titanik”dən 478 mert uzaqda partladığı məlum olub.
“Titanik”kn qalıqlarına baxmaq üçün 250 min dollar ödəyərək bilet alan turist-sərnişinlər demək ki, ölüm biletlərini satın alıbmış. “Titan” iyunun 18-də okeanın dərinliyinə baş vurub. Bir müddət sonra onlardan heç bir siqnal gəlməyib. Sualtı aparatın uzun sürən axtarışları da nəticə verməyib. Nəhayət, aparatın partlayışdan sonrakı qalıqları aşkarlanıb. ABŞ Sahil Təhlükəsizliyi heyəti qalıqların 5 parçaya bölündüyü və içəridəki 5 nəfərin də öldüyünü açıqlayıb. Həlak olmuş şəxslərin cəsədlərinin axtarışı hələ də davam edir. Axtarış heyəti kapitan John Maugerin cəsədinin tapılacağına təminat da verməyib. Sualtı aparatın yüksək təzyiq səbəbindən partladığı ehtimal edilir. 
“Titan”ın sərnişinləri fransız tədqiqatçı Paul-Henri Nargeolet, ingiltərəli tədqiqatçı və milyarder iş adamı Hamish Harding, pakistanlı iş adamı Shahzada Davood və oğlu Süleyman Davood olub. Sualtı aparat “OceanGate”  şirkətinin sahibi Stockton Rusha mənsubdur. Məşhur “Titanik” filminin rejissoru Ceyms Kemeron açıqlamasında “Titan”ın bu səfərinə etiraz etdiyini, “bir fəlakət olacağını duymuşdum. Ora enilməməliydi. Bu, çox təhlükəli idi”, söyləyib.