İraqda İrana qarşı kampaniya başladıldı

SEPAH-ın Ərbilə raket və PUA hücumlarından sonra İraq xalqı İran məhsullarını boykot etmək üçün kampaniyaya başlayıb.

Axar.az xəbər verir ki, bu barədə İraq mediası məlumat yayıb.

Kampaniya iştirakçıları İran məhsullarını boykot etmək və onları İraq milli məhsulu və ya ərəb məhsulu ilə əvəz etməyə çağırırlar.

İraqlı fəallar sosial şəbəkələrdə şəkillər dərc edərək, həmvətənlərini İran məhsullarını almamağa təşviq edir.