“Prezident İlham Əliyevin bu qərarını müsbət dəyərləndirirəm. Cənab Prezident mövcud komanda ilə birlikdə böyük naliyyətlərə imza atıb. Bu baxımdan İlham Əliyev öz komandasına yenidən etimad göstərib”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında hüquq müdafiəçisi Əliməmməd Nuriyev Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkib hissəsini təsdiqləməsinə münasibət bildirərkən deyib.
O vurğulayıb ki, torpaqların işğaldan azad edilməsi İlham Əliyevin müstəsna bacarıq və qabiliyyəti əsasında baş verib:
“Bu zaman isə komandası onun bütün tapşırıqlarını layiqincə icra etdi. Eyni zamanda digər istiqamətlərdə həyata keçirilən islahatlar da Cənab Prezidentin başçılığı ilə onun mövcud komandası tərəfindən yerinə yetirilir. Düşünürəm ki, bütün bunlar Prezidentin yenidən həmin komanda ilə birgə işləməsini zəruri edir. Ümumiyyətlə ölkə başçısı hər kəsin fəaliyyətini görür və qiymətləndirir. Hətta bundan öncə komandanın bir çox nümayəndəsiPrezident tərəfindən yüksək vəzifələrə təyin olunmuşdu. Hökümət üzvləri ilə bağlı qərar vermək Prezidentin öz müstəsna səlahiyyətləri sırasındadır. Prezidentin sərəncamı nazirlər qarşısında yeni məsuliyyət müəyyənləşdirir. Ölkənin yeni dövrə qədəm qoyması, yeni çağırışlara uyğun olaraq fəaliyyətlərin qurulmasını gərəkdirir. Ölkə başçısı tərəfindən Nazirlər Kabinetinin üzvlərinə yenidən etimad edilməsi onların fəaliyyət istiqamətlərinin daha da gücləndirilməsini tələb edir. Yeni inevativ düşüncə və davranış tərzi nümayiş olunmalıdır. Eyni zamanda nazirlər yeni dövrün tələblərinə uyğun olaraq fəaliyyətlərini qurmalıdırlar. Nazirlər Kabinetini qəbul və azad etməkdə İlham Əliyev sərbəstdir. Yəni kimsə fəaliyyətində özünü doğrultmasa, gələcək zamanda həmin şəxs başqasıyla əvəzlənə bilər. Xüsusilə də dövlətin təhlükəsizlik sisteminin əsasında çalışan şəxslər hər zaman peşəkarlıq nümayiş etdirməlidir. Məsələn, daxili İşlər naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi və Xarici Kəşfiyyat Xidmətinin rəisi Cənab Prezidentin çox edimad etdiyi üzvlərdir. Çünki bütün sahələrdə peşəkarlar böyük naliyyətlər əldə edir. Eyni zamanda sosial və iqtisadi sahədə də yeni islahatların dərinləşməsinin şahidi olacağıq. Həmçinin Prezident administrasiya çox çevik idarəetmə sahəsi kimi özünü göstərmişdir”.
Qeyd edəki ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin ediliblər:
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;
Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;
Azərbaycan Respublikası Baş nazirinin müavini – Şahin Abdulla oğlu Mustafayev;
Azərbaycan Respublikasının daxili işlər naziri – Vilayət Süleyman oğlu Eyvazov;
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;
Azərbaycan Respublikasının elm və təhsil naziri – Emin Eldar oğlu Əmrullayev;
Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;
Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;
Azərbaycan Respublikasının gənclər və idman naziri – Fərid Fazil oğlu Qayıbov;
Azərbaycan Respublikasının xarici işlər naziri – Ceyhun Əziz oğlu Bayramov;
Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Mikayıl Çingiz oğlu Cabbarov;
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – Məcnun Qadir oğlu Məmmədov;
Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;
Azərbaycan Respublikasının mədəniyyət naziri – Adil Qabil oğlu Kərimli;
Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Vüqar Valeh oğlu Mustafayev;
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri – Rəşad Nəbi oğlu Nəbiyev;
Azərbaycan Respublikasının səhiyyə naziri – Teymur Yusif oğlu Musayev;
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Bahar Əvəz qızı Muradova;
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri – Şahin Soltan oğlu Bağırov;
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Anar Adil oğlu Quliyev;
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov;
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağı oğlu Nağıyev;
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov;
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Mürsəl Qorxmaz oğlu İbrahimov;
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri – Zaur Rauf oğlu Mikayılov;
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi – Əsgər Adil oğlu Rəsulov.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.