Fidan Blinkenlə Azərbaycan-Ermənistan sülh danışıqlarını müzakirə  edib

Türkiyə xarici işlər naziri Hakan Fidan G20 Xarici İşlər Nazirləri Toplantısı üçün Braziliyanın Rio-de-Janeyro şəhərinə gedib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, Fidan burada ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

Görüşdə Qəzzada ən qısa zamanda tam atəşkəsin təmin edilməsi üçün atılacaq addımlar müzakirə edilib.

Ukrayna müharibəsi, NATO-nun genişlənmə prosesi, Azərbaycan-Ermənistan sülh danışıqları və digər regional hadisələrin müzakirə olunduğu görüşdə gələcəkdə həyata keçiriləcək yüksək səviyyəli səfərlərin qrafiki müzakirə olunub.