SORĞUNUN NƏTİCƏSİ: Murat Kurum və Əkrəm İmamoğlu arasında fərq yoxdur

Bələdiyyə seçkilərə bir neçə gün qalmış SONAR Araşdırma Şirkətinin qurucusu və ictimai rəy tədqiqatçısı Hakan Bayrakçı Murat Kurum və Əkrəm İmamoğlunun səsvermə nisbətləri ilə bağlı sorğunun nəticələrini açıqlayıb.
Sherg.az xəbər verir ki,  yerli seçkilərə bir neçə gün qalmış SONAR Araşdırma Şirkətinin qurucusu Hakan Bayrakçı Ahmet Hakanla "Neytral Bölgə" proqramında Cümhur İttifaqının İstanbul Böyükşəhər Bələdiyyəsinin namizədi Murat Kurum və CHP namizədi Əkrəm İmamoğlunun səsvermə nisbətləri ilə bağlı sorğunun nəticələrini açıqlayıb.

Hakan Bayrakçının açıqladığı son sorğu nəticələrinə görə, Murat Kurum 41,3, Əkrəm İmamoğlu 41,9, DEM Partiyası 4,8, İYİ Partiyası 4, Yenidən Rifah Partiyası 2,5 faiz səsə sahibdir.

Bayrakçı qeyd edib: İmamoğlu hazırda 41,9 civarındadır. Fərq 1-dən aşağıdır. Mən buna əminəm. Baş-başa vəziyyət var. Murat Kurum 41.3. DEM üçüncü yerdədir.