Murat Kurum varidatını açıqladı: Ankarada və İstanbulda evimiz... 


AK partiyanın İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyinə  namizədi Murat Kurum mal-mülkünü açıqlayıb

Sherg.az xəbər verir ki, mülklərini və varidatını açıqlamaqda heç bir problemi olmadığını bildirən Kurum, "Ankarada və İstanbulda evimiz var. Avtomobilimiz var. Bir az borcumuz da var. Bu, bizim sərvətimizdir. Ev aldığımız üçün borcumuz var.  2 il də borcunu ödəyəcəyik”. deyə bildirib.