90 dəqiqəyə 6 milyon dollar qazandı! Rihanna dünyanın ən bahalı toyunda

Hindistanın ən varlı adamı Mukeş Ambaninin 28 yaşlı oğlu evlənir. 2018-ci ildə qızının toyuna 100 milyon dollar xərcləyən Ambaninin Rihanna və illüziyaçı Devid Bleynlə anlaşdığı bildirilib.




 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Barbadoslu müğənni toy öncəsi məclisdə çıxış edib. 2023-cü ildə Super Bowl çıxışından sonra ilk dəfə səhnəyə çıxan Rihannanın sosial mediada yayımlanan videoları yayılıb.

Rihanna milyarderin Camnaqardakı toy öncəsi məclisində unudulmaz çıxışı ilə yadda qalıb. "Work", "Wild Thoughts", "Birthday Cake", "Pour It Up" və "Pose" kimi mahnılarını ifa edən Rihanna rəqqaslarla birlikdə xüsusi xoreoqraf da hazırlayıb.

Bəs, Rihannanı yenidən səhnəyə gətirən bu toy ona nə qədər qazandırdı? "Daily Mail" bildirir ki, təxminən bir saat yarım səhnədə qalan Rihanna 6,33 milyon dollar qazanıb.

Anant Mukeş Ambaninin ən kiçik övladıdır. Forbes-in məlumatına görə, iş adamının ümumi sərvəti 116 milyard dollardır.


Daha sonra Mukeş Ambaninin oğlu Anant və nişanlısı Radhika Merchant səhnəyə çıxaraq çıxış ediblər.

Ambani ailəsi tamaşadan sonra Rihannanı səhnədə müşayiət edib. Müğənninin qatıldığı gecə üç gün davam edən toyun ilk günü olub.