"İsaya gəl": Bayden Netanyahu ilə qırılma nöqtəsinə yaxınlaşdı

Bayden və Netanyahu arasında soyuq küləklər əsir. Seçkilər yaxınlaşdıqca, xüsusən də müsəlman seçicilərin artan reaksiyaları ilə üzləşən Amerika prezidenti bildirib ki, İsrail lideri “son xəbərdarlıq”la üzləşə bilər.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, İsraili daha çox yardımın Rəfah sərhəd qapısından keçməsinə razı sala bilməyən ABŞ Ramazan ayı öncəsi atəşkəs yaratmaq məqsədinə hələ də nail ola bilməyib.
Bu vəziyyət demokrat Co Baydenə seçici təzyiqini artırıb, onun da artıq Netanyahuya səbri qalmayıb.

Birlikdəki çıxışından sonra kameraların  fərqinə varmayan Bayden Netanyahu ilə qırılma nöqtəsinə yaxınlaşdığını bildirib.

Bayden, "Bibi" ləqəbi ilə xatırlatdığı Netanyahuya "İsaya gəl" deyərərək  xəbərdarlıq edib.

"İsaya gəl" Amerika ifadəsi yanlış yola gedən birinə son xəbərdarlıq deməkdir.

Bununla belə, Bayden administrasiyası müharibəni davam etdirmək üçün İsrailə silah verməkdə davam edir.

Bu ziddiyyətli vəziyyət Amerikada xüsusilə müsəlman seçicilərin Baydenə reaksiyasını artırır.