ABŞ səfiri: Türkiyə ilə əlaqələr yaxşılaşır

ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk NTV-nin Türkiyə-Amerika münasibətləri ilə bağlı suallarını cavablandırıb. 
Sherg.az xəbər verir ki, cümə günü xarici işlər naziri Hakan Fidan və amerikalı həmkarı Antoni Blinken arasında keçirilən görüşdə iştirak edən Fleyk ABŞ və Türkiyə arasında münasibətlərin getdikcə yaxşılaşdığını bildirib.

ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk  NTV Vaşinqton nümayəndəsi Hüseyn Günayın Türkiyə-Amerika münasibətləri ilə bağlı suallarını cavablandırıb.

F-16-ların Türkiyəyə satışını dəstəklədiyini ifadə edən Fleyk,  bildirib ki, xüsusilə son aylarda iki ölkə ortaq sahələri inkişaf etdirdi. Müdafiə, ticarət və insanlar arası əlaqələrin yaxşılaşdığını görürük.

Xarici işlər naziri Hakan Fidanın Vaşinqtona səfəri zamanı F-35-lərin də gündəmdə olduğunu ifadə edən Fleyk sözlərinə belə davam edib: "Daha əvvəl də müzakirə edildiyi kimi, S-400-lər hələ də problem olaraq qalır. Biz bunun həll yolunu tapmaq istəyirik. ABŞ katibinin müşaviri Viktoriya Nuland təkliflər edib. Biz problemin öhdəsindən gəlmək istəyirik, sadəcə, hələ ki, uğur qazana bilməmişik”. 


ABŞ səfiri bəyan edib ki, Türkiyə və Amerika Suriyada və regionda sülhün əldə olunması üçün əməkdaşlığa can atırlar.

 "Türkiyə İŞİD-ə qarşı müharibədə mühüm müttəfiqdir. Türkiyə və Amerika Suriyanın şimalı məsələsində hər zaman həmfikir deyillər, lakin iki ölkə regionda sülhün təmin edilməsi və sona çatması üçün digər mövzularda əməkdaşlıq yollarını axtarır".

Fleyk Türkiyə ilə ABŞ arasında ticarət əlaqələrinin yüzdə 60 faiz  artdığını vurğulayıb: 

"İki ölkənin ticarət əlaqələri həqiqətən yaxşı gedir. 35 milyard dollarlıq bir həcmə çatıldı, bu əvvəlki illərlə müqayisədə yüzdə 60 faiz artım deməkdir.  Hədəf 100 milyard dollar müəyyən edilib, bu, asan deyil, amma demək istərdim ki, bu templə davam etsək, buna nail olmaq olar".